SİR-SİFƏTİNİ TURŞUTMAQ
SOBAYA ODUN ATMAQ
OBASTAN VİKİ
Sizif
Sisifos (və ya Sisif q.yun. Σiσυφος) — qədim yunan mifologiyasında Tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş şəxs. Daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Bu cəzanın mahiyyəti isə odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur. Homerə əsasən Sizif — ölümə məhkum edilənlərin ən ağıllısı, ən hiyləgəri idi. Bu haqda bir sıra miflər mövcuddur. Əvvəla Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır.
Sizif haqqında mif
Sizif haqqında mif (fr. Le Mythe de Sisyphe) — fransız yazıçı Alber Kamünün kitab həcmindəki fəlsəfi essesi. Essenin orijinalı 1942-ci ildə, Castin O'Brayen tərəfindən tərcümə edilmiş ingiliscə versiyası isə ilk dəfə 1955-ci ildə çap olunur. Sorn Kyerkeqor, Artur Şopenhauer, Fridrix Nitsşe kimi filosoflardan təsirlənən Kamü özünün absurd fəlsəfəsini irəli sürür. Absurdizm insanın "öz həyatına məna qatmaq" kimi ən təməl ehtiyacına kainatın "yersiz sükut"la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur. Esse ilə Kamünün Yad romanı (1942), Anlaşılmazlıq (1942) və Kaliqula (1944) tamaşaları, xüsusilə də Üsyan (1951) essesi ilə arasında müəyyən oxşarlıqlar nəzərə çarpır. Kamü esse üzərində işləməyə 1940-ci ildə Fransanın işğal olunduğu, yəni milyonlarla insanın alman ordusundan qaçdığı dövrdə başlayır. Essedə yazılanların bu hadisə ilə birbaşa demək olar heç bir əlaqəsi olmasa da, gözü qarşısında baş verənlər Kamüyə absurdu anlamağa daha çox kömək edir.
Qul əməyi
Qul əməyi (ing. Slave Labour) — Britaniyalı rəssamı Benksi yaratdığı London şəhərinin Vud Qrin rayonudaki Poundland şirkətinin dükkanının bayır divarında çəkilən qraffiti. Əsərin boyu 1 metr 22 santimetr, eni isə 1 metr 52 santimetrdır. O, Böyük Britaniya bayrağlarını tikən uşağı təsvir edir. 2013-cü ilin fevralında əsər divardan yox olub və İnternetdə satışa çıxarıldı. Sonra isə o, Mayami İncəsənət Müzayidəsində yarım million dollar qiyməti ilə üzə çıxıb. Müzayidə evi qanuni sövdələşmə nəticəsində "yaxşı tanınan" toplayıcına satılıb. Əsərin müzyidədə çıxarılması Vud Qrin sakinləri hirsləndi. Onlar inanırdılar ki, Qul əməyi onlara verilən hədiyyə idi və onun müzaidədə çıxarılması onun kapitalist adına istismara qarşı ismarıcına qarşı idi. Əsərin çıxarılması qanuni olduğunun iddiasına baxmıyaraq, Mayami İncəsənət Müzayidəsinin direktoru Frederik Sut, üç təklif veriləndən sonra onu qeri aldı.
İdarəetmə əməyi
İdarəetmə əməyi — ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əmyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir. Bir sıra alimlər əsassız olaraq "idarəetmə əməyi"ni "idarəetmə" ilə eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə edilir. Ona görə də elmi ədəbiyyatlarda belə təriflərə tez-tez rast gəlinir: idarəetmə əməyi – bu kontor, dəftərxana işidir, mühəndi-texniki əməyidir. idarəetmə əməyi – idarəetmə sahəsində əmək deməkdir. İdarəetəm əməyi ilə müəssisə və təşkilatların rəhbərləri, mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin, mühəndis-texniki işçilərin işini aid etmək olar.
Əl əməyi
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Qadın əməyi
Qadın əməyi cinsinə görə xüsusi əmək fəaliyyəti növüdür. Kişilər və qadınlar əhalinin təqribən yarısını təşkil etdiyinə görə qadınların ictimai istehsal prosesində mütənasib təmsil olunması müəyyən dərəcədə onun müəyyən cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsi haqqında müəyyən mühakimə yürütməyə imkan verir. Patriarxal icmalarda qadın bərabərsizliyini qorumaq üçün sosial şərait yetişdirilir ki, bu da başqa şeylərlə yanaşı, əmək münasibətlərinin təbiətində, eləcə də qadın və kişi arasında əmək bölgüsündə ifadə olunur. Yaponiya və bəzi digər ölkələrin nümunəsindən göründüyü kimi, çoxlu sayda qadının əmək azadlığı, onların yalnız məişət rollarından azad olması üçün təkcə texnoloji tərəqqi kifayət etmir: kişilərlə tam bərabərlik yalnız fəal maddi və mənəvi dəstəklə mümkündür. mədəni və psixi münasibətlərdə dəyişiklikləri dəstəkləyən dövlətin. Onu da nəzərə almaq lazımdır ki, qadınlar təmənnasız əmək fəaliyyətlərində, xüsusən ev təsərrüfatında və uşaqların tərbiyəsində əhəmiyyətli səy sərf edirlər və bu səy çox vaxt nəzərə alınmır və ÜDM-ə daxil edilmir. Qadınlar kişilərə nisbətən orta hesabla ev işlərinə iki dəfə, uşaqlara baxmağa isə dörd dəfə çox vaxt sərf edirlər Qədim Babildə eramızdan 2 min il əvvəl, qadınlar biznes əməliyyatları ilə məşğul ola və katib kimi işləyə bilərdilər. Qədim dünyada belə hesab edilirdi ki, varlı ailələrdən olan qadınlar ev işləri ilə məşğul olmalıdırlar və yalnız ən kasıb və ya hətta qullar məhsuldar işlə məşğul ola bilər: qadın əməyindən yalnız ən aşağı ixtisas tələb olunan yerlərdə istifadə olunurdu. Qədim Yunanıstanda qadınlar duz, çörək ticarəti ilə məşğul olurdular və paltaryuyan kimi işləyə bilirdilər. Orta əsrlərdə sənətkarlar hər yerdə ailə üzvlərinin, o cümlədən onların arvadlarının əməyindən istehsalatda istifadə edirdilər.
Sosialist Əməyi Qəhrəmanları
Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad. Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi. SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır. Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.
Sosialist Əməyi Qəhrəmanı

Üçqat Sosialist Əməyi Qəhrəmanı
Üçqat Sosialist Əməyi Qəhrəmanı — 15 nəfər bu ada layiq görülmüşdür.
İkiqat Sosialist Əməyi Qəhrəmanı
İki dəfə Sosialist Əməyi Qəhrəmanı — 221 nəfər bu ada layiq görülüb.
Sosialist əməyi qəhrəmanlarının siyahısı (A)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (B)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (C)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (D)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: Dadaşov Məmmədrza Həsən oğlu — 1948 Davranov Armenak Qeorqiyeviç — 1948 Dəmirova Cəmilə Dadaş qızı — 1950 Dəlləkyan Siranuş Manqiyevna — 1950 Dadaşov Hacı Şıxəli — ?
Sosialist əməyi qəhrəmanlarının siyahısı (E)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (F)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (G)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (H)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (J)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (K)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: Kalinin Mixail İvanoviç — 1944 Kapitsa Pyotr Leonidoviç — 1945 Kərimova Sürəyya Abbasqulu qızı — 1948 Kurçatov İqor Vasileviç — 1949 Kərimova Aşafatma Hidayət qızı — 1950 Kurçatov İqor Vasileviç — 1951 Kurçatov İqor Vasileviç — 1954 Kazımov Kamal Kərim oğlu — 1956 Keldış Mstislav Vsevolodoviç — 1956 Kaveroçkin Mixail Pavloviç — 1957 Kalaşnikov Mixail Timofeyeviç — 1958 Keldış Mstislav Vsevolodoviç — 1961 Kolmoqorov Andrey Nikolayeviç — 1963 Kosıgin Aleksey Nikolayeviç — 1964 Kərimov Həsən Rza oğlu — 1966 — (1985-ci ildə ləğv olunub) Kerbabayev Berdi Muradoviç — 1969 Keldış Mstislav Vsevolodoviç — 1971 Kunayev Dinməhəmməd Əhməd ulı — 1972 Kosıgin Aleksey Nikolayeviç — 1974 Kapitsa Pyotr Leonidoviç — 1974 Kunayev Dinməhəmməd Əhməd ulı — 1976 Kalaşnikov Mixail Timofeyeviç — 1976 Kunayev Dinməhəmməd Əhməd ulı — 1982 Kərimov Kərim Abbasəli oğlu — 1987 Kərimov Yusif Xankişi oğlu — ?
Sosialist əməyi qəhrəmanlarının siyahısı (L)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (M)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: Molotov Vyaçeslav Mixayloviç — 1943 Mikoyan Anastas İvanoviç — 1943 Meşaninov İvan İvanoviç — 1945 Məmmədov Turab Süleyman oğlu — 1947 Məmməd Məmmədov (siyasətçi, 1904) — 1948 Məmmədov Yunus Mirzəməmməd oğlu — 1949 Məmmədоv Hüsеyn Qurbаn oğlu — 1948 Mustafayev Mehdi Həsən oğlu — 1948 Mehrəliyev Seyfi Seyid oğlu — 1949 Məmmədov İmran İsmayıl oğlu - 1949 Məsimov Sayad Nağı oğlu - 1949 Əbdürrəhimov Hüseyn Yəhya oğlu - 1949 Məhərrəmov Mösü Rüstəm oğlu — 1950 Məmmədova Soğət Baba qızı — 17/06-1950 Məmmədov Bəxtiyar Məmmədrza oğlu — 19/03-1959 Məmmədov Məmməd Rza oğlu — 1951 Məmmədov Muxtar İsgəndər oğlu — 1951 Məmmədov Ərəstun — 1973 Məmmədov İsa Əli oğlu — 1976 Yaqub Rüstəmov —1979 Moiseyenko Yevsey Yevseyeviç — 1986 Məmmədov Bəxtiyar Məmməd Rza oğlu — ? Məmmədov Səfərəli İbrahim oğlu — ?
Sosialist əməyi qəhrəmanlarının siyahısı (N)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (O)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (P)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: